Fəlsəfə elmləri doktoru Adil Əsədov XXIII Ümumdünya Fəlsəfə Konqresində Estetika və sənətin fəlsəfəsi bölməsində çıxış etdi. Afina, Yunanıstan.

2013.08.04

 

2013-cü ilin 4 avqustundan 10 avqustunadək Yunanıstanın paytaxtı Afina şəhərində keçirilən XXIII Ümumdünya Fəlsəfə Konqresində Fəlsəfə elmləri doktoru Adil Əsədov iştirak etmişdir və Manifestation of realized and unrealized essence: beauty and ugliness (Mahiyyətin gerçəkləşdirilmiş və gerçəkləşdirilməmiş təzahürü: gözəllik və eybəcərlik) adlı məruzə ilə çıxış etmişdir.

Onun çıxışı Konqresin başladığı gün, 04 avqust 2013-cü il tarixində Estetika və incəsənətin fəlsəfəsi seksiyasında dinlənilmişdir.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Müfəssəl təsvirini Gözəlliyin fəlsəfəsi: mahiyyət və onun cismani təcəssümü spiritualist aristokratizm işığında adlı monoqrafiyamda verdiyi konsepsiyanın yığcam təqdimatını Konqres iştirakçılarının diqqətinə inğilis dilində çatdırmışdır. Gözəlliyin mahiyyətin gerçəkləşdirilmiş təzahürü kimi, eybəcərliyin isə mahiyyətin gerçəkləşdirilmədən təzahürü kimi izahı maraqla və diqqətlə qarşılanmışdır. Ləyaqət anlayışının Adil Əsədov tərəfindən estetika baxımından mənalandırılması isə xüsusi marağa səbəb olmuşdur. Çıxışın tamamlanmasından verilən sonra çoxlu suallar cavablandırılmışdir. Eleni Tatla tərəfindən verilən sual mahiyyət anlayışının estetik izahının xüsusiyyətləri ilə bağlı idi: Mahiyyət ümumən məlum olduğu kimi ontologiyanın, metafizikanın anlayışıdır, onun  estetikada kəsb etdiyi mənanın incəlikləri nədədir?. Adil Əsədov sualı fəlsəfənin sistemli xarakteri və onun tərəfindən irəli sürülən alim-tədqiqatçı əksliyi üzərində qurulan metodologiya nöqteyi-nəzərindən cavablandırılmışdir: fəlsəfənin ayrı-ayrı bölümləri bir-birindən yalnız fəlsəfə tədqiqatçıları nöqteyi-nəzərindən ayrıla bilər, filosoflar üçün isə fəlsəfənin bütün bölümləri fəlsəfi intuisiya üzərində qurulan daxili vəhdətdədir. Bu baxımdan mahiyyət anlayışı ontoloji mənaya da malik ola bilər, estetik məna da kəsb edə bilər, epistemolji və ya etik aspektlərə də malik ola bilər. Estetik nöqteyi-nəzərdən söhbət reallıqda mahiyyətin nə dərəcədə ifadə olunmasından gedir. Mahiyyət reallıqda hansı dərəcədə ifadə olunubsa, reallıq o dərəcədə də gözəldir. Mahiyyətin ifadəçisi olmayan reallıq isə eybəcərdir. Eleni Tatla bu müddəanın çox maraqlı olmaqla yanaşı, həm də çox mürəkkəb olduğunu qeyd etdi. Adil Əsədov tərəfindən  irəli sürülən konsepsiya digər alimlərin, xüsusən yunan alimlərinin marağına səbəb oldu. Professor Konstantina Drakopulu ləyaqət anlayışının estetik əhəmiyyəti ilə balı sual verdi: İnsanda ləyaqət hissinin olması və ya olmaması onun gözəl və eybəcər olmasında rol oynaya bilərmi, əgər bilərsə, necə? Adil Əsədov ləyaqət anlayışının ontoloji məzmun daşıması ilə əsaslandırdı: ləyaqət hər şeydən öncə insanın öz həqiqi idealına inamı və onu reallaşdırmaq meylidir, idealın reallıqdan daha mühüm olması əqidəsisir. İnsanın reallığı onun idealına nə dərəcədə yaxındıqsa, insan bir o dərəcədə gözəldir. İnsan reallığa uyğunlaşarkən idealından nə dərəcədə uzaqlaşırsa, bir o dərəcədə də eybəcərdir. Konstantinos Avramidis reallığın idealdan çox güclü olduğunu və buna görə də reallığın ideala uyğunlaşdırılmasının qeyri-mümkün olduğunu söylədi. Bu qeydə isə Adil Əsədovun cavabı belə oldu ki, reallığın ideala uyğunlaşdırılması qeyri-mümkün deyil, amma çətindir. Elə buna görə də insanların əksəriyyəti bu çətin yolu, reallığın ideala yüksəldilməsi yolunu tutmurlar, asan yolu, reallığa uyğunlaşma yolunu tuturlar. Dünyanı və insanı gözəlləşdirənlər isə asan, reallığa uyğunlaşma yolunu tutanlar deyillər, çətin yolu, reallığın ideala yüksəldilməsi yolunu tutanlardır.

 

 

XXIII  World Congress of Philosophy

 

23rd World Congress of Philosophy/Programme

 

23rd World Congress of Philosophy/Full Programme