Fəlsəfi Maarifçilik Assosiasiyası "Azərbaycan mədəniyyətinin inkişafinda regional resursların əhəmiyyəti" layihəsinin icrasına başladı.

2012.05.01

Layihədə qarşıya qoyduumuz məqsəd Azərbaycan mədəniyyətinin inkişafını regional resursların əhəmiyyəti baxımından mənalandırmaqdan və onu həmin bu məna fonunda təqdim etməkdən ibarətdir.

Bu məqsədin həyata keirilməsi üün hazırkı layihə təklifinin 6-cı bəndində göstərilən tədbirlərin keirilməsi vasitəsilə aşaıdakı vəzifələrin yerinə yetirilməsi nəzərdə tutulur:

- Azərbaycanın milli mədəniyyətinin inkişafında regional resursların rolu ilə balı yerinə yetirilmiş tədqiqatlarda ictimai əhəmiyyət kəsb edən məqamların aşkar və inkişaf edilməsinə və onların ap olunmasına nail olmaq;

- Azərbaycanın mənəvi tərəqqisinin öz daxili imkanlarının aktuallaşdırılmasından doulan milli mədəniyyətinin dünya mədəniyyətinə verdiyi töhfələri vurulamaqla gənclərdə bir azərbaycanlı olaraq qürur hissinin inkişaf etdirilməsinə və bununla da Azərbaycanılıq ideologiyasının sosial dayaqlarının daha da möhkəmlənməsinə yardımı olmaq;

- Azərbaycan cəmiyyətində daha yüksək mədəni səviyyənin əldə olunması işinə müəyyən töhfə vermək, mədəniyyət sahəsində həyata keirilən maarifiliyin miqyas və dairəsini genişləndirmək, əhalinin, xüsusən gənclərin mədəniyyəti yaradıcı surətdə mənimsəməsinə yardımı olmaq, dünya mədəniyyətinin mənimsənilməsi prosesininin formal təqlid kimi deyil, milli mədəniyyətinin daxili resursların aktuallaşdırılması kimi məzmun kəsb etməsi işində faydalı olmaq;

- dünyanın Azərbaycana, xüsusən gənclərə müasir sivilizasiya pərdəsi altında göstərə biləcəyi yad təsirlərdən, təkcə Azərbaycan mədəniyyətinə deyil, ümumbəşəri mədəniyyətə yad olan təsirlərdən, daha konkret deyilsə, Qərb sivilizasiyasının yan təsirlərindən qorunmasında yardımı olmaq.

Layihə üzrə nəzərdə tutulan işlərin Bakı və Lənkəran şəhərlərində həyata keirilməsi nəzərdə tutulur. Azərbaycanın regionları iərisindən Lənkəran şəhərinin seilməsi cənub bölgəsinin mədəni mərkəzi olaraq Lənkəranın özünəməxsusluu ilə əlaqədardır. Buraya o məqamı da əlvə etmək yerinə düşər ki, Lənkəran şəhəri Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 2011-ci ildə Azərbaycanın folklor paytaxtı elan olunmuşdu. Lənkəran şəhərinin Azərbaycanın folklor paytaxtı elan olunması ilə balı Mədəniyyət və Turizm Nazirliyi tərəfindən həyata keirilən rəsmi tədbirlər yekunlaşsa da, Lənkəran şəhəri Azərbaycanın cənub bölgəsinin mədəni mərkəzi olaraq statusunu əlbəttə ki saxlamaqdadır.

Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi şurası tərəfindən maliyyələşdirilir.

Layihənin rəhbəri fəlsəfə elmləri doktoru Adil Əsədovdur.

Azərbaycan Respublikasının Prezidenri yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi şurasının eksperti Xanım ısmayılova 19 iyun 2012 tarixində Fəlsəfi Maarifilik Assosiasiyasında olmuş, layihə ilə balı Assosiasiyanın prezidenti Adil Əsədovla və Tural Əsədovla müzakirələr aparmış, konsultativ dəstək nümayiş etdirmişdir.