FƏLSƏFİ  MƏNBƏLƏR

XX   ƏSR

 

1993  


 

1993

 19th World Congress of Philosophy. Moscow,  Russia

 Video-Az.

 

 Rusiyanın Moskva şəhərində "" mövzusu üzrə keçirilən 19-cu Ümumdünya  Fəlsəfə Konqresinin materialları.

 Video-En.

 

1993

  Richard Wollheim

 Video-Az.

 

 The Mind and Its Depths

 

Britaniya filosofu, London Universitet Kollecinin professoru, Harvard və Kolumbiya Universitetlərinin dəvət olunmuş professoru, 1998–2002-ci illərdə Berkli Kaliforniya Universitetinin Departament rəhbəri, 1992-ci ildən vəfat etdiyi 2003-cü ilə qədər Britaniya Estetika Cəmiyyətinin presidenti Riçard Wollhaymın (1923-2003) "Zəka və onun dərinliyi" adlı məqalələr toplusu.

 Video-En.

 

 

1993

 Tom Rockmore

 Video-Az.

 

 Before and After Hegel:

A Historical Introduction

Amerikan filosofu, Dyukeyn Universitetinin (Duquesne University, Pittsburgh, Pennsylvania) professoru Tom Rokmorun (1942) "Hegeldən əvvəl və sonra: tarixi giriş" adlı əsəri

 Video-En.

 

1993

Paul Guyer

Video-Az. 

 

 Kant and the Experience of Freedom:

Essays on Aesthetics and Morality

 

  Amerika filosofu, 2012-ci ildən Braun Universitetinin professoru, 2011–2013-cü illərdə Amerika  Estetika Cəmiyyətinin prezidenti, 2011-1912-ci illərdə Amerika Fəlsəfə Assosiasiyasının Şərq Bölümünün  prezidenti  Pol Qayerin(1948) "Kant və Azadlıq təcrübəsi: Estetikaya və Əxlaqa dair esselər" adlı əsəri. 

 Video-En. 

 

 

1993

  Alexander Piatigorsky

 Video-Az.

 

 Mythological Deliberations:

Lectures on the Phenomenology of Myth

 

  Yəhudi mənşəli rus-Britaniya filosofu, filoloqu, şərqşünası, yazıçısı, MDU Fəlsəfə fakultəsinin məzuni, Tartu-Moskva semiotika məktəbinin banilərindən biri, sansrtit və Tibet dillərinin bilicisi, onlarla əsərin o cümlədən bir neçə romanın müəllifi, hüquq medafiəçisi, 1973-cü ildə SSRİ-dən Almaniya Federativ Respublikasına mühacirət edən, 1974-cü ildən Böyük Britaniyada yaşayan, London Universitetinin professoru, 2006-cı ildə Moskvaya gələrək siyasi fəlsəfə üzrə və "Mifologiya və müasir insanın şüuru" mövzusunda mühazirələr oxuyan Aleksandr Piatiqorskinin(1929-2009) "Mifologik düşüncələr: Mifin fenomenologiyası üzrə mühazirələr"inin mətni.

 Video-En.

 

 

1993

 Michael Lynch

 Video-Az.

 

 Scientific practice and ordinary action: ethnomethodology and social studies of science

 

 Amerika filosofu, Kornell Universitetinin professoru Maykl Linçin(1948) "Elmi təcrübə və adi əməl: etnometodologiya və elmin sosial tədqiqi" adlı əsəri.

 Video-En.

 

 

 

1993  

  John Rawls

 Video-Az.

 

 Political Liberalism

 

Amerikan filosofu, Harvard Universitetinin professoru, məntiq və fəlsəfə üzrə Rolf Şok mükafatı laereatı  Con Rolzun(1921-2002)  "Siyasi liberalizm" adlı əsəri.

 Video-En.

 

 

1993

  Max Horkheimer

 Video-Az.

 

Between Philosophy and Social Science

 

 Yəhudi mənşəli alman-Amerikan filosofu və sosioloqu, Frankfurt məktəbinin banilərindən biri, Frankfurt Universitetinin professoru (1930-33), Kolumbiya Universitetinin professoru (1934-49), Frankfurt Universitetinin professoru (1949-63) və rektoru (1951-53)  Maks Horkhaymerin(1895-1973) "Fəlsəfə və sosial elmlər arasında" adı altında 1993-cü ildə çap olunan ilkin, 1930-38-ci illərə aid seçilmiş əsərləri   

 Video-En.

 

1993

  Colin McGinn

 Video-Az.

 

 Problems in Philosophy:

The Limits of Inquiry

Britaniya-Amerika filosofu, Oksford Universitetinin, hal-hazırda Mayami Universitetinin professoru Kolin Maginnin(1950-ci ildə doğulmuşdur) "Fəlsəfə problemləri: tədqiqatın hədləri" adlı əsəri.

 Video-En.

 

1993

 Umberto Eco

 Video-Az.

 

 La ricerca della lingua perfetta nella cultura europea

 

  İtalyan yazıçısı və filosofu Umberto Ekonun(1932) "Avropa mədəniyyətində kamil dil axtarışları" adlı əsəri

 Video-En.

 

1993

  Samuel Huntington

 Video-Az.

 

 The Clash of Civilizations?

The debate

 

  Amerika politoloqu, filosofu və sosioloqu, Harvard Universitetinin professoru, 1978-1989-cu illərdə Beynəlxalq Münasibətlər Mərkəzinin direktoru, 1986-1987-ci illərdə Amerika Siyasi Elmlər Assosiasiyasının prezidenti Samuel Hantington (1927-2008) özünün  "Sivilizasiyaların toqquşması" adlı məqaləsində 1992-ci ildə oxuduğu mühazirəni keçmiş tələbəsi Fransis Fukuyamanın "Tarixin sonu və axırıncı insan" kitabına cavab olaraq inkişaf etdirir.

 Video-En.

 

 

1993

 Robert Cummings Neville

 Video-Az.

 

 Eternity and Time's Flow

 

  Amerikan filosofu və teoloqu, bioetika sahəsində ekspert, Boston Universitetinin Teologiya məktəbinin dekanı, Stoun-Brukda Nyu-York ştatının Universitetinin Humanitar elmlər və zərif sənətlar fakultəsinin dekanı, Yel Universitetinin professoru, hazırda Boston Universitetin fəlsəfə, din və teologiya professoru, zamanəmizin ən əhəmiyyətli filosoflarından və teoloqlarından biri, Boston konfusiçiləri hərəkatının nümayəndəsi Robert Kamminqs Nevillin(1939) "" monoqrafiyası

 Video-En. 

 

 

 

1993

Gilles Deleuze

 Video-Az.

 

 Critique et clinique

 

Fransız filosofu, postmodernizmin nümayəndəsi Jil Delözün(1925-1995) "Kritik və klinik" adlı əsəri.  

 Video-En.

 

 

1993

  Мераб Мамардашвили

 Video-Az.

 

 Картезианские размышления

 

  Gürcü-rus filosofu Merab Mamardaşvilinin (1930-1990) ölümündən sonra çap olunan "Dekartsayağı düşüncələr" adlı əsəri

 Video-En.

 

 

1993

  Stephen Toulmin,

Albert R.Jonsen

 Video-Az.

 

 Social Impact of AIDS in the United States

 

   Britaniya-Amerika filosofu, 1949-1954-cü illərdə Oksford Universitetinin müəllimi, 1954-1955-ci illərdə Avstraliyada Melburn Universitetinin dəvət olunmuş professoru, 1955-1959-cü illərdə Britaniyaya qayıdaraq Linds Universitetinin fəlsəfə kafedrasının rəhbəri, 1959-1960-cı illərdə Kolumbiya, Stenford və Nyu York Universitetlərinin dəvət olunmuş professoru, 1954-1955-ci illərdə Londonda İdeyalar Tarixi Məktəbinin rəhbəri, 1965-ci ildən ömrünün sonuna qədər ABŞ-da, Santa Kruzda Kaliforniya Universitetinin və digər universitetlərin professoru Stiven Tulminin(1922-2009) "Birləşmış Ştatlarda spidin sosoal təsiri" adlı əsəri.

 Video-En.

 

 

1993

 Karl Löwith

Video-Az.

 

 Max Weber and Karl Marx

 Yəhudi mənşəli alman filosofu, Haydeggerin tələbəsi, Karl Lövitin(1897-1973) "Maks Veber və Karl Marks" adlı əsəri.

Video-En.

 

1993

  Bəkir Nəbiyev

 Video-Az.

 

 Ölümsüzlüyün sirri

 

  Azərbaycan tənqidçi, ədəbiyyatşünası Bəkir Nəbiyevin(1930-1912) "Ölümsüzlüyün sirri" adlı əsəri.

 Video-En.

 

 

1993

  Susan Haack

 Video-Az.

 

 Evidence and Inquiry

 

Britaniya-Amerika filosofu, Mayami Universitetinin professoru Süzen Haekin (1945) "Sübut və tədqiqat" adlı əsəri.  

 Video-En.

 

 

1993

Michael Dummett

Video-Az.

The Origins of Analytical Philosophy

Britaniya-Amerika filosofu, 1979-92-ci illərdə Oksford Universitetinin məntiq professoru, sonradan Birmingen Universitetinin, Berkli Kaliforniya Universitetinin, Prinston və Harvard Universitetlərinin professoru, analitik fəlsəfənin tarixçisi, məntiq və fəlsəfə üzrə Rolf Şok mükafatı laereatı Maykl Dammitin (1925-2011) "Analitik fəlsəfənin mənbələri" adlı əsəri

Video-En.

 

 

1993

Michael Dummett

Video-Az.

The Seas of Language

Britaniya-Amerika filosofu, 1979-92-ci illərdə Oksford Universitetinin məntiq professoru, sonradan Birmingen Universitetinin, Berkli Kaliforniya Universitetinin, Prinston və Harvard Universitetlərinin professoru, analitik fəlsəfənin tarixçisi, məntiq və fəlsəfə üzrə Rolf Şok mükafatı laereatı Maykl Dammitin (1925-2011) "Dilin dəryaları" adlı əsəri

Video-En.

 

 

1993

  Erich Fromm

 Video-Az.

 

  The Art of Being

 

  Yəhudi mənşəli Alman-Amerikan filosofu, psixoanalitik, Frankfurt məktəbinin nümayəndəsi, neofreydizmin və neomarksizmin nümayəndələrindən biri Erix Frommun(1900-1980) ölümündən sonra çap olunan "Var olmaq sənəti" adlı əsəri.  

 Video-En.

 

1993

 Bruno Latour

 Video-Az.

 

  Aramis, or the Love of Technology

 

   Fransa-Amerika filosofu və sosioloqu, elmin sosiologiyası üzrə görkəmli mütəxəssis, London İqtisadiyyat Məktəbinin və Harvard Universitetinin professoru, Mişel Kallon və Con Lo ilə birlikdə aktor-şəbəkə nəzəriyyəsinin(ANT) banisi, Amerika İincəsənət və Elmlər Akademiyasının üzvü Bruno Laturun (1947) ingilis dilində yazdığı "Aramis, və ya Texnologiyaya sevgi" adlı əsəri.

 Video-En.

 

 

1993

  Stephen William Hawking

 Video-Az.

 

 Black Holes and Baby Universes and Other Essays

 

  İngilis fiziki və astronomu  Stiven Vilyam Hokinqin (1942) "Qara deşiklər və gənc kainatlar" adlı populyar əsəri. 

 Video-En.

 

 

 

1993

  Noam Chomsky

 Video-Az.

 

 Language and Thought

 

  Yəhudi mənşəli Amerika filosofu, linqvisti və politoloqu, Kolumbiya Universitetinin və Kaliforniya Berkli Universitetinin professoru, Hilari Patnemin dostu və intellektual opponenti Noam Çomskinin (1928) "Dil və təfəkkür" adlı əsəri

 Video-En.

 

1993

 Peter Singer

V Video-Az.

 

 How Are We to Live? Ethics in an Age of Self-interest

 

Yəhudi-Avstriya mənşəli Avstraliya-Amerika filosofu, Melburn Universitetinin və Prinston Universitetinin professoru Peter Singerin(1946) "Biz necə yaşamalıyıq? Etika mənafe əsrində" adlı əsəri.

 Video-En.

 

 

1993

Daniel A. Bell

Video-Az. 

 

 Communitarianism and Its Critics

 

Kanada-Amerika-Çin filosofu, Prinston və Stanford Universitetlərinin tədqiqatçısı, Şanxay, Sinqapur, Honq Konq Universitetlərinin dəvət olunmuş professoru, hazırda  Çin Xalq Respublikasının Pekin şəhərində yerləşən Tsinxua Universitetinin professoru Daniel A. Bellin(1964) "İcmaçılıq və onun tənqidçiləri" adlı əsəri. 

 Video-En. 

 

 

1993

  Brian Massumi,

Kenneth Dean

 Video-Az.

 First and Last Emperors:

he Absolute State and the Body of the Despot

  Kanada-Amerika yazıçısı və filosofu, London  Universitetinin, Los Anceles Kaliforniya Universitetinin, hazırda Monreal Universitetinin professoru,  son dövr fransız filosoflarının - Liotarın, Delezin, Qvattarinin ingilis dilinə tərcüməçisi kimi tanınan Brian Massuminin(1956) və Sinqapur Milli Universitetində Çin tədqiqatları departamentinin rəhbəri Kennet Deanın  "İlk və son imperatorlar: Mütləq dövlət və despotun bədəni" adlı əsəri. 

 Video-En.

 

1993

 

Philip Pettit

Video-Az.

The Common Mind;

an essay on psychology, society and politics

Avstraliya-Amerika filosofu, Prinston Universitetinin professoru Filip Pettitin (1945)  "Ortaq Ağıl;Psixologiyaya, cəmiyyətə və siyasətə dair esse" adlı əsəri.

Video-En.

 

1993

  Charles Jencks

 Video-Az.

 

 Heteropolis. Los Angeles:

The Riots and the Strange Beauty of Hetero-Architecture

 

  Amerika memarı, postmodernizmin yaradıcılarından biri, Los Anceles Kaliforniya Universitetinin dəvət olunmuş professoru Çarlz Cenksin(1939) "Heteropolis. Los Angeles: İğtişaşlar və hetero-memarlığın qəribə gözəlliyi" adlı əsəri.

 Video-En.