FƏLSƏFİ MAARİFÇİLİK ASSOSİASİYASI

HİMAYƏDARLAR ŞURASI

 

 

ARİF MƏLİKOV –

 

        dahi Azərbaycan bəstəkarı, yaratdığı əsərləri XX və XXI əsr Azərbaycan musiqisinin ən möhtəşəm nümunələri sırasında danılmaz yer tutan canlı klassik, bəşəriyyətin keçmişdə və indi duyduğu böyük insani hisləri musiqisinin əzəmətli sədalarında səsləndirməyi bacaran, qəhrəmanlığı, dramatizmi və lirizmi insanlarda dönə-dönə dərindən yaşatdıran, insanları sözlərin köməyi olmadan da dərin fəlsəfi mənanın ağuşuna atan böyük şəxsiyyət, bütün dünyada məşhur olan Məhəbbət əfsanəsi və bütün yaradıcılığı,  baletləri, operettaları, konsertləri, simfoniyaları necə-necə elmi konfransın mövzusu olmağa layiq olsa da və layiq görülsə də, özü də sənətşünaslıq sahəsində özünəməxsus dəsti-xətti ilə seçilən tanınmış mütəxəssis, professor, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, şöhrətin və şərəfin zirvələrini fəth edən, böyüllüyü haqqında etirafları sağlığında eşidən könüllər fatehi, SSRİ-nin və Azərbaycan SSR-in  xalq artisti, müstəqil Azərbaycanın ən böyük mükafatlarını müstəqil Azərbaycanın ən böyük və ən birinci şəxslərindən alan görkəmli sənətkar, Heydər Əliyev Mükafatını laureatı.

 

Əsas əsərləri:

Nağıl - simfonik poema, 1957

Birinci simfoniya, 1958

Füzuli - simfonik poema, 1959

 

"Məhəbbət əfsanəsi" - balet, 1961 (baletmeyster Y.Qroqoroviç, rəssam S.Virsaladze, dirijor Niyazi)

 

"Vətən" - simfonik poema, 1963

"Metamorfozlar" - simfonik poema, 1964

"Dalğalar" - operetta, 1967

"Bu torpaqda iki nəfər" - balet ("Metamorfozlar" - simfonik poeması əsasında), 1969

İkinci simfoniya, 1969

 

"Rüstəm haqqında dastan" kinofilminə musiqi, 1971

 

"Rüstəm və Söhrab" kinofilminə musiqi, 1971

 

"Axırıncı aşırım" - simfonik poema, 1972

"Torpağın səsi" - kantata, 1972

Üçüncü simfoniya, 1973

 

"Siyavuş haqqında dastan" kinofilminə musiqi, 1976

 

Dördüncü simfoniya, 1978

Beşinci simfoniya, 1980

 

"İki qəlbin dastanı" - balet, 1981

 

Altıncı simfoniya (“Təzadlar” ), 1985

 

"Doğma sahillər" kinofilminə musiqi, 1989

 

"Azərbaycan" balladası, 1995

Yeddinci simfoniya, 1995

"Fövqelgözəl Yusif" - balet, 1999

 

Səkkizinci simfoniya (“Əbədiyyət” ), 2001

 

"Qəhrəmani" - simfonik poema,